Yol qəzasında itirdiyi qızına mahnı yazdı - VİDEO

Tanınmış vəkil Fərhad Mehdiyev iyunun 16-da qızı Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada faciəli şəkildə həyatını itirən Zəhra Mehdizadəyə mahnı bəstələyib.
Avtosfer.az xəbər verir ki, bu barədə vəkil sosial media hesabında paylaşım edib.
"Zəhramın gedişindən 94 gün keçib, amma dünya və zaman sanki o gündən dayanıb.
Beynim hər şeyi 16 iyundan əvvələ bağlayır. Novruz bayramında o hələ yaşayırdı, mənim ad günümdə də. Filan tarixdə də. Filankəsin toyunda da.
Həyatdakı ümidlərim, zövqlərim, əyləncəm - elə bir heç biri yox idi. Mən heç vaxt öz insanlığımı, ləyaqətimi itirməməyə çalışdım, amma itirdiyim onlardan daha böyük bir cəza kimi oldu, - qızım.
Onun ölümünü heç vaxt qəbul edə bilməyəcəm, buna gücüm çatmayacaq. Tanrıya soruşduğum suallar da öz cavabını tapmayacaq. Ramazan ayı gələndə oruc tutacam amma, Tanrıya küskünlüyüm keçməyəcək. Zəhraya bir mahnı hazırlamışam. Ona qarşı olan hisslərim zatən ya bir nəğmədir, ya da bir şer. Bu da bizi insan edir", - deyə vəkil qeyd edib.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












