Zaqatalada yol qəzası olub, xəsarət alan var - YENİLƏNİB

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Bildirilib ki, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs (kişi) Zaqatala RMX-nin II Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən səhər saatlarında ambulator müalicə üçün evə buraxılıb"./oxu.az
***10:36
Zaqatalada yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












