Ağlımızı yeyən qidalar - Alimlərdən qorxulu xəbərdarlıq

Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, çips kimi ultra-işlənmiş qidalar yalnız artıq çəkiyə səbəb olmur, həm də birbaşa beyin fəaliyyətinə mənfi təsir göstərir.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri "Alzheimer's and Dementia" jurnalındakı nəşrə istinadən yazır.
Monaş Universitetinin alimləri 40-70 yaş arası 2200 yetkin insanın rasionunu təhlil ediblər. Məlum olub ki, gündəlik menyuda ultra-işlənmiş qidaların hər əlavə 10%-i (məsələn, standart bir paket çips) "diqqəti cəmləmə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına" gətirib çıxarır. Üstəlik, bu effekt rasionun ümumi keyfiyyətindən asılı olmayaraq özünü büruzə verir.
Tədqiqatın aparıcı müəllifi, biokimyaçı Barbara Kardozo izah edib ki, ultra-işlənmə prosesi qidanın təbii strukturunu pozur və ona potensial təhlükəli maddələr əlavə edir. Bunların arasında nişastalı məhsulların qızardılması zamanı yaranan akrilamid, həmçinin ftalatlar və bisfenollar var. Bu birləşmələr beyin toxumasında mikro-zədələnmə ocaqları yarada və demensiya riskini artıra bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












