Aviauçuşlarla bağlı ciddi təhlükə: 20 milyon sərnişinə təsir edə bilər

Kerosin qıtlığı səbəbindən qarşıdakı yay mövsümündə aviareyslərin ləğvi Almaniyada təxminən 20 milyon sərnişinə təsir göstərə bilər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Almaniya Aeroportlar Assosiasiyasının (ADV) baş direktoru Ralf Bayzel "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib. "Ən pis ssenaridə bəzi hava limanlarında buraxılış qabiliyyətinin 10% azalması təhlükəsi var. Bütün hava limanları üzrə hesabladıqda bu, təxminən 20 milyon sərnişinə təsir göstərə bilər", - deyə o qeyd edib.
R.Bayzelin sözlərinə görə, bəzi marşrutlar üzrə təyyarələr ümumiyyətlə Almaniyadan uçuş həyata keçirməyə bilər. Digər istiqamətlərdə isə reyslərin sayı azalacaq və aviabiletlərin qiyməti xeyli bahalaşacaq. O bildirib ki, ilk növbədə loukoster aviaşirkətləri bəzi istiqamətlər üzrə uçuşları dayandıra bilər. Xatırladaq ki, aprelin ortalarında Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol "Associated Press" agentliyinə müsahibəsində Avropanın təxminən altı həftə ərzində aviasiya yanacağı ehtiyatlarını tükədə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












