Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq etdi

Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir.
Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.
"Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsünün üzv ölkəsidir. Bu təşəbbüs çərçivəsində vizasız razılaşma HKXIR pasport sahiblərinə fayda gətirəcək və ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək", - deyə HKXIR İmmiqrasiya Departamentinin nümayəndəsi qeyd edib.
Həmçinin qeyd olunur ki, Azərbaycan da daxil olmaqla, hazırda 175 ölkə və ərazi HKXIR pasport sahiblərinə vizasız giriş və ya gəliş zamanı viza təqdim edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












