Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT

Azərbaycan və Türkiyə arasında münasibətlər uzun illərdir dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı səsləndirdiyi fikirlər diqqət çəkir. Bu yanaşmalar iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə təsir göstərir.
Mövzu ilə bağlı deputat Elman Nəsirov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu gün bütün dünyada dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürür:

"Dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab axtarsaq, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bir nümunə olar. Bu dostluq və qardaşlıq əsrlərin sınağından çıxmış bir münasibətdir. Biz strateji, hərbi müttəfiqlərik. Belə olan halda ikitərəfli münasibətlərimizdə hər hansı bir siyasi kataklizmlərin və qarşıdurma mühitinin formalaşması istisnadır. Bu baş verə biləcək bir məsələ deyil. Amma Türkiyə cəmiyyətində müəyyən siyasi qruplaşmalar cəhd edirlər ki, bu dostluğa və qardaşlığa kölgə salsınlar. Azərbaycanın dünyəvi təhsil sisteminə müdaxilə cəhdləri bu gün baş verməkdədir. Bəzən yüksək dövlət postu tutan şəxslər də bu prosesə qatılır və ikitərəfli münasibətlərimizin ruhuna uyğun gəlməyən bir davranış sərgiləyir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Bir millət, iki dövlətik”. Amma biz iki dövlətik və bir-birimizə hörmətlə yanaşmalı və daxili işlərimizə qarışmamalıyıq. Ancaq bu cəhdlər son zamanlar var və təəssüf hissi doğurur. Bununla bağlı Yeni Azərbaycan Partiyası bəyanat yayıb və öz etirazını ifadə edib. Azərbaycan parlamentində fəaliyyət göstərən Türkiyə ilə dostluq qrupu da Türkiyənin bəzi siyasi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə münasibət bildirib. Biz ümid bəsləyirik ki, bizim dostluğumuz və qardaşlığımız o qədər güclüdür ki, kimlər ki, iki dövlətin arasında girmək istəyir, o iki dövlətin arasında da sıxılıb siyasi səhnəni tərk edəcəklər. Biz buna ümid bəsləyirik".
Politoloq Zeynal Əmrəliyevin fikrincə isə, Türkiyənin özündə kifayət qədər ciddi problemlər var:

"Kütləvi şəkildə müxalifətdə olan bələdiyyə sədrlərinin həbs dalğası gedir və bu gün “Xalq TV”yə basqın həyata keçirildi. “Xalq TV” Cümhuriyyət Xalq Partiyasına (CHP) mənsub olan kanal idi və yeni partiyanın özəl rəhbərliyi altında deyil. Bu, nəyə görə baş verdi? Çünki bu gün Əkrəm İmamoğlunun məhkəməsi başlayır. İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu təxminən 4 gün öz müdafiəsini həyata keçirməlidir. “Xalq TV” isə həmin müdafiəni canlı yayımlayacağını bildirmişdi. Müdafiə başladığı gün “Xalq TV” ələ keçirildi. Bu qədər gərgin siyasi atmosferi olan bir ölkədə Azərbaycanın əleyhinə səsləndirilən fikirlər, əlbəttə ki, təəssüf doğurur. Türkiyədə kimlərsə gündəmi dəyişmək istəyirlər və Azərbaycandakı olan bir məsələni qabardaraq bunu Türkiyənin əsas gündəminə çevirməyə çalışırlar. Türkiyənin əsas gündəmi xalqın seçdiyi bir bələdiyyə sədrinin həbsi və onun müdafiəsi formatı olmalıdır. Türkiyənin gündəmi nəyə görə müxalif bələdiyyələrinə qarşı əməliyyatlar həyata keçirilir, get-gedə qiymətlər qalxır, türk lirəsi dəyərdən düşür bunlar olmalıdır. AK Partiyanın xanım sədr müavini birja dələduzluğunda ittiham olunurdu. Yəni bu mövzular Türkiyənin gündəmi olmalıdır. Azərbaycanın əleyhinə kampaniyalar aparırlar. Niyə? Çünki gündəmi dəyişmək istəyirlər".
Züleyxa
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












