Bakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər - VİDEO

Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır. Avtosfer.az xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır. Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb. Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir. İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərlərinin davamlı olacağı bildirilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












