Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb.
Qanun layihəsinə əsasən, pulsuz hüquqi yardım göstərilən şəxslər aşağıdakılardır:
Bu qanunla müəyyən edilmiş hallarda və qaydada ilkin hüquqi yardım almaq, habelə bu qanunun müvafiq maddələri nəzərə alınmaqla cinayət işləri və inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınması, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır.
- hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər.
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- əlilliyi olan işləməyən şəxslər;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;
- hüquqi yardıma ehtiyacı olan digər şəxslər:
- şəhid ailələrinin üzvləri;
- müharibə veteranları;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;
- yetkinlik yaşına çatmayan şəxslər;
- qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;
- valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;
- cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.
Peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ












