Bu şəxslər üçün quru sərhədi açaq – ÇAĞIRIŞ

Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 45 minə yaxındır. Bu rəqəm həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edir. Ümumilikdə, Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, Türkiyədə rəsmi yaşayış icazəsi (ikamət izni) ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 71 min nəfərə yaxındır.
Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, yay tətili başlayır və Türkiyə artıq ucuz deyil, bahalı ölkədir:
“Tələbələrin 2 aylıq tətil müddətində Türkiyədə qalmaları baha başa gəlir. Yay tətilində iş tapmayanlar vətənə dönmək, ailələrini görmək, heç olmasa, 2 ay ərzində xərclərini azaltmaq istəyirlər. Son 6 ildə dəfələrlə bu problemi qaldırmışıq. Bu il yenə məsələ aktuallaşıb – quru sərhədlərin anlaşılmaz şəkildə bağlı qalması tələbələr üçün əlavə yük yaradır. Təyyarə biletləri çox bahadır, yayda tələbat artdığı üçün qiymətlər də yüksəlir.
Naxçıvanda qeydiyyatda olanlar üçün Türkiyə ilə quru sərhədlər açıqdır. Bu doğrudur, çünki naxçıvanlılar üçün sərhədin açıq olması lazımdır. Amma bu, vətəndaşlar arasında qeyri-bərabərlik yaradır. Heç olmasa, bu məsələdə tələbələr üçün şərait yaradılmalıdır. Təsəvvür edin ki, eyni universitetdə iki azərbaycanlı təhsil alır. Onlardan biri, məsələn, Şəkidə, digəri isə Naxçıvanda qeydiyyatdadır. Naxçıvan qeydiyyatı olan tələbə cəmi 50-60 manat xərc çəkərək Türkiyənin müxtəlif şəhərlərindən evinə gələ bilir, amma şəkili, gəncəli, qubalı, bakılı tələbə bunu edə bilmir. Bu, ədalətli deyil! Quru sərhədlər tam açılmalıdır. Bu bir yana, heç olmasa, Türkiyədə təhsil alan tələbələrin Naxçıvan üzərindən ölkəyə girişinə icazə verilməlidir ki, onlar daha ucuz qiymətə vətənə dönə bilsinlər. Naxçıvandan İran ərazisindən keçməklə avtobus marşrutu da mövcuddur. Onlar cəmi 100-120 manata Bakıya gəlib çıxa bilərlər. Bəli, yol uzun və yorucu olur, amma tələbələr gəncdirlər, onlar üçün vəsaitə qənaət etmək daha vacibdir. Nazirlər Kabinetinə çağırışım odur ki, lütfən, bu məsələyə baxın. Bir qərarla on minlərlə insanın problemini həll etmiş olarsınız”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










