"Dizə kimi palçığın içində evə gedirik" – Bakıda yol problemi - VİDEO

Qışda palçığa, yayda isə toza çevrilən yol sakinlərin narazılığına səbəb olub. Söhbət Bakının Nərimanov rayonu ərazisində yerləşən Rövşən Əliyev küçəsindəki yoldan gedir.
Avtosfer.az AzTV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, yolun vəziyyəti son dərəcə bərbaddır. Yağışlı havalarda küçə palçıq içində qalır, avtomobillər isə palçığa bataraq hərəkətdə çətinlik çəkir.
Onlar bildirirlər ki, artıq bir ildən çoxdur ərazi qazılıb və bu vəziyyətdə qalıb. Yağış yağanda sakinlər evlərinə getmək üçün palçığın içindən keçməli olurlar. Sürücülər isə tez-tez avtomobillərinin sıradan çıxdığını deyirlər.
Uzun müddətdir təmirə bağlanan yol nəqliyyatın hərəkətində də ciddi maneələr yaradır. Sakinləri narahat edən əsas sual isə yolun nə vaxt təmir olunaraq yenidən istifadəyə veriləcəyidir.
Məlumata görə, kommunal xətlərin yenilənməsi məqsədilə qazılan quyu Rövşən Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolu tamamilə bağlayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri yağıntılar səbəbindən müvəqqəti dayandırılıb. Qurumun açıqlamasına görə, yaxın günlərdə işlər bərpa olunacaq.
Qeyd olunub ki, həmin ərazi layihə çərçivəsində yeni yolun inşası sahəsinə daxildir və işlər təsdiq olunmuş qrafik üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










