Dövlət Himni zamanı əl ürəyin üstünə qoyulmalıdır? – AÇIQLAMA

Dövlət Himni səsləndirilərkən davranış qaydaları qanunvericilikdə aydın şəkildə müəyyən edilsə də, cəmiyyətdə bununla bağlı yanlış təsəvvürlər hələ də qalmaqdadır. Belə ki, bəzi insanlar, hətta dövlət vəzifəsi tutan şəxslər də himn ifa olunarkən sağ əllərini ürək nahiyəsinə qoyurlar. Oxşar hallara məktəblərdə də rast gəlinir və bir çox şagird himn zamanı necə davranmalı olduğunu dəqiq bilmir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən deputat Fazil Mustafa vurğuladı ki, bu, əslində, mahiyyət etibarilə heç nəyi dəyişmir:

"Çünki, təbii ki, rəsmi protokolda bu, nəzərdə tutulur. Amma digər məsələlərdə əsas məsələ himnə hörmətsizliyin edilməməsidir, yəni ona sayğı göstərilməsidir. İnsan əlini ürəyinin üstünə qoyursa, himni ürəyi ilə uzlaşdırırsa, burada nə problem ola bilər? Ona görə də məncə, sırf dövlətin rəsmi protokolu xaricində olan digər hallarda buna xüsusi irad bildirmək doğru deyil. Xarici ölkələrdə də belədir. Futbolçular himn səslənəndə əllərini ürəklərinin üstünə qoyurlar. Bu, bəlkə də rəsmi qayda deyil, amma hörmətin ifadəsidir. Məncə, bunu hansısa xüsusi irad və ya qadağa kimi təqdim etmək doğru deyil. Hər kəs öz istədiyi formada münasibətini ifadə edə bilər. Əsas məsələ sayğını və hörməti göstərməkdir. Ona qalsa, himni oxuyan da var, oxumayan da var. Əsas odur ki, himn səslənərkən ayağa qalxılsın və müvafiq qaydalara uyğun olaraq ya dinlənilsin, ya da oxunsun. Burada əsas problem himnə hörmətsizliyin edilməməsidir. Hörməti isə hər kəs öz dünyagörüşünə, himnə verdiyi dəyərə uyğun olaraq fərqli şəkildə ifadə edə bilər".
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, Dövlət Himni səsləndirildiyi zaman vətəndaşlar farağat vəziyyətində durmalıdırlar. Bu zaman əllər aşağı vəziyyətdə olmalıdır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












