Günəşdə son 14 günün ən şiddətli partlayışı qeydə alınıb

Bu gün səhər Günəşin ümumi aktivliyinin yüksəlməsi nəticəsində son iki həftə ərzində ən şiddətli alışma müşahidə edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasında bildirilib.
"İyul ayının 7-dən etibarən (iki həftədən artıq müddətdə) baş verən ən güclü partlayış Moskva vaxtı ilə 09:35-də (Bakı vaxtı ilə 10:35-də) reallaşıb. Bu proses son 24 saatda ulduzun aktivliyinin çoxalması səbəbindən yaranıb", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, son bir gün ərzində Günəş səthində 20-yə qədər oxşar alışmanın baş verdiyi də diqqətə çatdırılır.
Mütəxəssislər vurğulayıblar ki, sözügedən alışmalar Yer kürəsinə təsir edə biləcək geoeffektiv bölgələrdə baş versə də, hazırda planetimiz üçün birbaşa təhlükə mənbəyi deyil.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












