Masazırda bir neçə ev su altında qalıb, təhlükə daha da böyüyür - FOTOLAR

Son günlər intensiv yağıntılar nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsində "Qır gölü" adlandırılan su hövzəsi daşaraq ətraf yaşayış sahələrinə yayılıb. Hadisə nəticəsində bir neçə ev və təsərrüfat sahəsi su altında qalıb, sakinlərin gündəlik həyatı iflic olub. Avtosfer.az xəbər verir ki, su səviyyəsinin sürətlə qalxması insanların evlərindən çıxmasını çətinləşdirib. Bəzi sakinlər evlərini tərk etməyə məcbur qaldıqlarını, digərləri isə yardım olmadan ərazidən çıxmağın mümkünsüz olduğunu bildirirlər. Sakinlərin sözlərinə görə, problem təkcə son yağışlarla bağlı deyil. Onlar uzun müddətdir göldə səviyyə tənzimlənməsinin aparılmadığını, drenaj və suötürücü kanalların isə yararsız vəziyyətdə olduğunu deyirlər. Nəticədə hər yağıntı dövründə təhlükə daha da böyüyür.
Hazırda ərazidə müvafiq qurumların vəziyyətə müdaxilə edib-etmədiyi ilə bağlı rəsmi açıqlama verilməyib. Sakinlər aidiyyəti dövlət strukturlarından təcili tədbirlər görülməsini, təhlükənin aradan qaldırılmasını və dəyən ziyanın qiymətləndirilməsini tələb edirlər.
Qeyd edək ki, analoji hallar əvvəlki illərdə də müşahidə olunub, lakin problem hələ də köklü şəkildə həllini tapmayıb. (Milli.az)


İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












