Məktəbli formaları pulsuz veriləcək?

Yeni tədris ilinə hazırlıq fonunda məktəbli formaları yenidən müzakirə mövzusu olub. Sosial şəbəkələrdə bir çox valideyn məktəbli geyimlərinin bütün şagirdlərə dövlət hesabına, ödənişsiz təqdim olunmasını təklif edir. Onların fikrincə, bu addım ailələrin maliyyə yükünü azalda, məktəblilər arasında bərabərliyi təmin edə bilər.
Bəs məktəbli formalarının dövlət tərəfindən təmin edilməsi nə dərəcədə real və məqsədəuyğundur?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan təhsil eksperti İlqar Orucov deyib ki, məktəbli formalarının gələcəkdə şagirdlərə dövlət hesabına verilməsi iqtisadi və sosial cəhətdən mümkündür:
“Dövlət ümumi təhsil müəssisələrində təxminən 1.6 milyon şagirdin təhsil aldığını nəzərə alsaq, bu islahat ilk mərhələdə sosial həssas qruplar (aztəminatlı, şəhid və qazi ailələri) və ya sürətlə böyüyən ibtidai sinif şagirdləri üçün tətbiq edilə bilər. Hər il pulsuz dərsliklərin paylanması təcrübəsi göstərir ki, dövlətin belə genişmiqyaslı sosial layihələri idarə etmək üçün logistik bazası mövcuddur. Milyonlarla formanın vahid dövlət sifarişi əsasında yerli tekstil fabriklərinə həvalə edilməsi istehsal həcmini artıraraq geyimlərin maya dəyərini xeyli ucuzlaşdırar, eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına təkan verər”.
Ekspertin fikrincə, bu addım ailə büdcələrinin yükünü yüngülləşdirməklə bərabər, şagirdlər arasında tam sosial bərabərliyi təmin edərək təhsilin əlçatanlığı prinsipini gücləndirər:
“Nəticə etibarilə, Elm və Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyinin birgə hazırlayacağı uzunmüddətli dövlət proqramı sayəsində məktəbli formalarının pulsuz paylanması reallığa çevrilə bilər”.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












