Polis istirahət zonalarında profilaktik tədbirləri davam etdirir - FOTO - VİDEO

Yay mövsümü ilə əlaqədar olaraq insanların turizm zonalarına üz tutması nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə, ötmə və manevr qaydalarına əməl olunmasının, sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat veriblər.
Vətəndaşlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunub.
Həmçinin, yay mövsümündə havaların isti və quraq keçməsi ilə bağlı meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artması nəzərə alınaraq vətəndaşlara odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələr və yanğına səbəb olacaq amillər barədə məlumatlar verilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
















