Qazi imkansızlıqdan avtomobilini satdı - İcra başçısının addımı hamını duyğulandırdı - FOTO

Türkiyədə qazi Əhməd Gür maddi çətinliklər səbəbilə böyük sevgi ilə bağlı olduğu avtomobilini satmaq məcburiyyətində qalıb.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu vəziyyəti öyrənən qazinin yaşadığı Adananın Feke rayonunun icra başçısı (kaymakam) Feyza Yılmaz hamını duyğulandıran nümunəvi bir addım atıb.
Avtomobilin kimə satıldığını müəyyənləşdirən məmur onu yeni sahibindən satın alaraq qazi Əhməd Gürə qaytarıb.
Həyatının ən unudulmaz və duyğulu anlarından birini yaşayan Ə.Gür İcra Hakimiyyətinin qarşısında mərhum sənətçi Fərdi Tayfurun “Hatıran yeter” mahnısını səsləndirərək sevincini və hisslərini ifadə edib.
Bu anlar izləyən hər kəsi duyğulandırıb.
Qeyd edək ki, Ə.Gür terrorçularla mübarizədə ağır xəsarət alıb. Terrorçuların kustar üsulla hazırladığı partlayıcının işə düşməsi nəticəsində o, hər iki gözünü itirib.


İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












