Təyyarədə sərnişinin həyatını xilas edən azərbaycanlı həkim - “THY”dan təşəkkür

Sosial 3 İyun 2026 20:51
Təyyarədə sərnişinin həyatını xilas edən azərbaycanlı həkim - “THY”dan təşəkkür
WhatsApp kanalımıza abunə olun

İnsan övladının bu dünyadakı ən ali missiyalarından biri dara düşən insana əl uzatmaq, ümidsiz anında ona ümid olmaq, həyatla ölüm arasında qaldığı məqamda isə onun xilaskarına çevrilməkdir. Vəzifəsindən, statusundan, peşəsindən asılı olmayaraq hər bir insanın mənəvi borcu budur. Lakin həyat göstərir ki, hamı bu müqəddəs missiyanın məsuliyyətini eyni səviyyədə dərk etmir. Bəzən insanlar çətin vəziyyətdə olan birinə kömək etməkdən çəkinir, bəzən isə sadəcə laqeyd qalırlar. Ancaq cəmiyyətimizdə elə insanlar da var ki, onlar öz peşələrini sadəcə qazanc mənbəyi deyil, insanlığa xidmət yolu kimi qəbul edirlər. Onlar üçün ağ xalat yalnız peşə rəmzi deyil, həm də vicdanın, mərhəmətin və məsuliyyətin ifadəsidir.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, belə insanlardan biri də azərbaycanlı həkim Leyla Tağızadədir.

Həkimlik peşəsi yalnız bilik və bacarıq tələb etmir. Bu peşə eyni zamanda böyük ürək, yüksək mənəvi keyfiyyətlər və Hippokrat andına sonsuz sədaqət tələb edir. Leyla Tağızadə məhz belə həkimlərdəndir. O, bir il əvvəl göstərdiyi peşəkarlıq və insanlıq nümunəsi ilə bunun ən parlaq sübutunu ortaya qoydu.
2025-ci il mayın 13-də Türk Hava Yollarına məxsus İstanbul–Bakı marşrutu üzrə TK0336 nömrəli reysdə gözlənilməz hadisə baş verdi. Sərnişinlərdən birinin vəziyyəti qəfil pisləşdi. Təyyarənin salonunda həyəcanlı anlar yaşanırdı. Minlərlə metr yüksəklikdə, məhdud imkanlar şəraitində bir insanın həyatı təhlükə qarşısında idi.

Belə məqamlarda saniyələr belə taleyüklü olur.

Uçuş heyəti salona müraciət edərək həkimlərin köməyinə ehtiyac olduğunu bildirdi. Məhz həmin anda Leyla Tağızadə tərəddüd etmədən irəli çıxdı. Çünki həqiqi həkim üçün xidmət otağının, klinikanın və ya xəstəxananın sərhədləri yoxdur. Həqiqi həkim harada olursa-olsun, qarşısında köməyə ehtiyacı olan insan görürsə, öz peşə borcunu yerinə yetirməyə hazır olur.
30 yaşlı sərnişinin vəziyyəti sürətlə ağırlaşırdı. Şüuru dəyişmiş, nitqi pozulmuş, suallara cavab vermək qabiliyyətini itirmişdi. Leyla Tağızadə vəziyyəti dərhal qiymətləndirərək həyati göstəricilərin kritik həddə endiyini müəyyən etdi. 

Doktor Leyla Tağızadə ilkin baxışdan dərhal sonra əsas həyatı göstəricilərin endiyini aşkarladıqdan, təyyarədə mövcud olan ilk yardım vasitələrin köməyi ilə xəstəyə ilkin yardım göstərib. İlkin qiymətləndirməyə görə sərnişin dərin kollaps vəziyyətinə düşübmüş.
Peşəkarlıq, çeviklik və düzgün qərar nəticəsində sərnişinin həyati göstəriciləri normallaşır. Ölüm təhlükəsi sovuşdu. İnsan həyatı yenidən həyata bağlandı. Bir ailənin oğlu, qardaşı, yaxınları üçün əziz olan bir insan öz evinə sağ-salamat qayıda bildi.
Bəzən qəhrəmanlıq yalnız döyüş meydanlarında göstərilmir.

Bəzən qəhrəmanlıq təyyarənin dar salonunda, insanların təşviş içində gözlədiyi bir anda nümayiş olunur.
Bəzən qəhrəmanlıq bir insanın həyatını xilas etmək üçün bilik, bacarıq və vicdanını səfərbər etməkdir.

Leyla Tağızadənin göstərdiyi bu fədakarlıq beynəlxalq səviyyədə də yüksək qiymətləndirildi. Türk Hava Yolları onun peşəkarlığını və insan həyatına verdiyi dəyəri xüsusi təşəkkür məktubu ilə dəyərləndirdi. Məktubda qeyd olunduğu kimi, uçuş zamanı könüllü şəkildə yardım göstərən tibb mütəxəssisləri insanlıq adına böyük xidmət göstərirlər və belə həkimlərin varlığı xüsusi əhəmiyyət daşıyır.

Bu təşəkkür əslində yalnız bir məktub deyil. Bu, insan həyatını hər şeydən üstün tutan bir həkimə verilən mənəvi qiymətdir. Bu, Hippokrat andına sadiqliyin, peşə vicdanının və yüksək insanlıq keyfiyyətlərinin beynəlxalq səviyyədə etirafıdır.
Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu nümunələr məhz belə insanlardır. Çünki Leyla Tağızadə göstərdi ki, həkimlik yalnız peşə deyil, həyat fəlsəfəsidir. Həkimlik insanın ağrısını öz ağrısı kimi hiss etməkdir. Həkimlik ən çətin anda ümid olmaqdır. Həkimlik həyatla ölüm arasında körpü qurmaqdır.
Leyla Tağızadənin təyyarədə göstərdiyi bu nümunə bir daha sübut etdi ki, Azərbaycanda Hippokrat andına sədaqətlə xidmət edən, insan həyatını hər şeydən üstün tutan, peşəsini vicdanla yerinə yetirən həkimlər yetişib və yetişməkdə davam edir.
Belə həkimlər cəmiyyətimizin qürurudur.

Belə insanlar insanlığın yaşamasına xidmət edirlər.
Belə insanlar ağ xalatın şərəfini və müqəddəsliyini qoruyanlardır.
Və məhz buna görə də Leyla Tağızadənin adı bir həkimin peşə borcunu necə yerinə yetirməsinin, insan həyatına necə sahib çıxmasının və Hippokrat andına necə sədaqətli qalmasının parlaq nümunəsi kimi yadda qalacaq.
Qeyd edək ki, 1980-ci ildə anadan olan  Leyla Tağızadə 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-ci ildə İctimai səhiyyə üzrə Rotterdam Universitetindən Erasmus təqaüdünü qazanıb, lakin ailə vəziyyəti ilə əlaqədar təqaüddən imtina etməli olub.
 2008-2009 cü illərdə Manheim Universiteti Ludviqshafen Klinikasında nevrologiya üzrə tərcübədə olub.

Leyla Tağızadə Ə.Əliyev adina Həkimləri Təkminləşdirmə İnstitutunun Səhiyyənin Təşkili və İctimai Səhiyyə ixtısasından PhD dərəcəsinə sahibdir. 2016-ci ildən etibarən Amerika Elmə Dəstək Asosassiyasının (AAAS) üzvü olan Leyla, 5 illik tədqiqatçı təcrübəsinə malikdir.
O,  Silicon Vadisində yerləşən Founder İnstitute tech akseleratorundan təqaüd sahibi   (2017) və ABŞ Dövlət Departamentinin SABİT ( xəstaxanaların idarə edilməsi) üzrə mübadilə proqramının  məzunudur.
20 ildən artıq özəl klinika rəhbəri kimi calışır. Hal-hazırda  həkim nevroloq kimi fəaliyyət göstərir.

2017-ci ildən  region və iri şəhərlərdə pasiyentlərə resept ( Rx) əsasında dərmanları tapmağa kömək edən Reseptron staptapının təsisçisidir. Reseptronun payının böyük bir hissəsi  pandemiya dövründə iri farma şirkəti tərəfindən satın alınmışdır.
2019-cu ildən NewSpace Open Innovation Akseleratorunu  təsis edib.
2021-ci ildən İCESCO ilə birlikdə 54 ölkədə azərbaycan brendi altında  fəaliyyət göstərən A-hub akseleratorunu təsis edib.

2024-cü ildən İLAE Neurotech sektorunun üzvüdür.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh