Təyyarədəki bu hərəkətlər uçuşu gecikdirə bilər

Təyyarəyə minmə zamanı sərnişinlərin bəzi adi davranışları ekipaj üçün ciddi çətinlik yarada və hətta uçuşun gecikməsinə səbəb ola bilər. Bələdçilər bildirirlər ki, ən çox problem sərnişinlərin özbaşına yer dəyişməsi, əl yükü ilə bağlı qarışıqlıq və təyyarəyə mindikdən dərhal sonra tualet növbələrinin yaranması ilə bağlı olur. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə təyyarə bələdçisi Kelsey Rogers məlumat verib. Mütəxəssisin sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri sərnişinlərin təyyarənin keçidində dayanaraq yer dəyişməyə çalışmasıdır. Bəzi sərnişinlər yaxınları ilə yanaşı oturmaq, pəncərə kənarında yer seçmək və ya tualetdən uzaq oturmaq istədikləri üçün başqaları ilə yer dəyişməyə cəhd göstərirlər. Lakin bu cür razılaşmalar minmə prosesini ləngidir, keçidlərdə sıxlıq yaradır və növbələrin uzanmasına səbəb olur.
Kiçik təyyarələrdə sərnişinlərin yerləşməsi hava gəmisinin çəki balansına da təsir göstərə bilər. Digər geniş yayılmış problem əl yükləri ilə bağlıdır. Qeydiyyatdan keçən baqajın bir çox hallarda ödənişli olması səbəbindən sərnişinlər daha çox çamadanı kabinəyə götürməyə üstünlük verirlər. Nəticədə üst baqaj bölmələri tez dolur.
Kelsey Rogers bildirib ki, bəzi sərnişinlər başqasının çantasını icazəsiz yerindən tərpədir və ya çamadanları düzgün yerləşdirmir. Məsələn, baqajı yan vəziyyətdə qoymaq bölmələrin bağlanmasını çətinləşdirir. Üstəlik, çox vaxt sərnişinlər etdikləri dəyişiklikdən sonra bölmənin bağlanıb-bağlanmadığını yoxlamırlar.
Bələdçi qeyd edib ki, ekipaj sərnişinlərə əşyaların düzgün yerləşdirilməsində kömək etməyə hazırdır, buna görə də başqasının yükünə toxunmaq məsləhət görülmür.
Ekipajın diqqət çəkdiyi başqa bir məqam isə sərnişinlərin keçiddə dayanaraq qulaqlıq, noutbuk, qəlyanaltı və digər əşyaları çamadanlarından çıxarmasıdır. Bu vəziyyət minmə prosesini xeyli yavaşlada bilir.
Bələdçilərin sözlərinə görə, təyyarəyə mindikdən sonra tualetə getmək istəyən sərnişinlər də sıxlığa səbəb olur. Xüsusilə ekipajın təyyarəni uçuşa hazırladığı və xidmət işlərini tamamladığı vaxt bu vəziyyət keçidlərdə əlavə tıxac yaradır.
Kelsey Rogers sərnişinləri başa düşdüyünü desə də, imkan varsa, tualet ehtiyacını minik qapısı bağlanmadan əvvəl terminalda həll etməyi tövsiyə edib.
Bundan başqa, ekipaj sərnişinlərə su və ya içki ehtiyacını əvvəlcədən planlaşdırmağı məsləhət görür. Uçuşdan bir neçə dəqiqə əvvəl su istəyi ekipajın işini uzada bilər, çünki bundan sonra istifadə olunmuş stəkanların və tullantıların yığılması da əlavə vaxt tələb edir.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












