Türkiyə Ermənistanla gizli razılığa gəlib? - Sensassiyalı AÇIQLAMA

Türkiyə Ermənistanla gizli razılığa gəlib.
Avtosfer.az xəbər verir ki,bu barədə hərbi ekspert Ədalət Verdiyev açıqlama yayıb.
"Əldə etdiyim sensasion bir məlumatdan özümə gələ bilmirəm. Heç demə, Türkiyə hakimiyyəti yaxın vaxtlarda Paşinyanla gizli sövdələşmə nəticəsində Ermənistanla sərhədlərini açmağa hazırlaşır. İndiki şəraitdə və şərtlərdə Azərbaycanda bunun böyük narazılıqla qarşılanacağını bilir. Ona görə də Türkiyə hakimiyyəti daxilində bir qrup belə bir təhlükəli tezis ortaya atıb ki, Azərbaycandan tez bir zamanda düşmən obrazı yaratmaq lazımdır (son aylarda Türkiyə mediasında aparılan qarayaxma, şərləmə kampaniyası da bu iyrənc planın tərkib hissəsidir), elə fon verilməlidir ki, guya Azərbaycan Türkiyənin İsraillə bağlı mövqeyinə qarşı addımlar atır, buna görə də Ankara da sonda məcbur qalıb Bakının mövqeyini nəzərə almayıb. Yəni Türkiyənin Ermənistanla sərhədlərini açmağa görə elə Azərbaycan özü günahkar bilinsin. Biz də burada Ermənistanla sülh müqaviləsini ona görə imzalamırıq ki, Ermənistan Konstitusiyasında həm də Türkiyənin ərazi bütövlüyünə qarşı torpaq iddiaları var. Bu Azərbaycan dövlətinin və liderinin qətiyyəti, uzaqgörənliyi, bu da Türkiyə hakimiyyətinin içərisindəki davranışlar! ",-deyə ekspert bildirib./oxu24.com
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












