2017-ci il mövsümünün ilkin təqvimi təsdiq olunub – CƏDVƏL

Bu gün Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclasda gələnilki mövsümün təqviminin ilkin variantı təsdiq olunub. Avtosfer.az F-1.az-a istinadən xəbər verir ki, bu il olduğu kimi gələn il də təqvimdə 21 Qran Pri yer alıb, amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ təsdiq olunmalıdır.
Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə bu gün təsdiq olunmuş versiya arasında bəzi dəyişikliklər var. Çin Qran Prisi mövsümün ilk yarışından 1 həftə deyil, 2 həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran Priləri də yerlərini dəyişiblər. Meksika Qran Prisi isə bu dəfə Braziliya Qran Prisi ilə qoşalaşıb.
Təəssüf ki, Bakıda keçiriləcək Avropa Qran Prisi yenə də Kanada Qran Prisindən cəmi bir həftə sonraya nəzərdə tutulub və həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.
Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.
| Tarix | Qran Pri | Şəhər, tras |
| 24-26 mart | Avstraliya | Melburn, Albert Park |
| 7-9 aprel | Çin | Şanxay |
| 14-16 aprel | Bəhreyn | Saxir |
| 28-30 aprel | Rusiya | Soçi |
| 12-14 may | İspaniya | Barselona, Katalunya |
| 25-28 may | Monako | Monte Karlo |
| 9-11 iyun | Kanada (*) | Monreal, Jil Vilnöv adına tras |
| 16-18 iyun | Avropa | Bakı, Bakı Şəhər Halqası |
| 30 iyun-2 iyul | Avstriya | Şpilberq, Red Bull Rinq |
| 7-9 iyul | Böyük Britaniya | Silverstoun |
| 21-23 iyul | Macarıstan | Budapeşt, Hunqarorinq |
| 28-30 iyul | Almaniya (*) | Hokkenhaym, Hokkenhaymrinq |
| 25-27 avqust | Belçika | Spa |
| 1-3 sentyabr | İtaliya | Montsa |
| 15-17 sentyabr | Malayziya | Kuala Lumpur, Sepanq |
| 29 sentyabr-1 oktyabr | Sinqapur | Sinqapur, Marina Bey |
| 6-8 oktyabr | Yaponiya | Suzuka |
| 20-22 oktyabr | ABŞ | Ostin |
| 3-5 noyabr | Meksika | Mexiko, Rodriges qardaşları adına tras |
| 10-12 noyabr | Braziliya (*) | San Pulu, İnterlaqos |
| 24-26 noyabr | Əbu Dabi | Əbu Dabi, Yas Marina |
* – hələ təsdiq olunmayıb
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












