2018-ci ilin ilk ralli yarışının qalibi müəyyənləşib - FOTO
Cari ilin ralli mövsümünə Monte-Karloda start verilib. Avtosfer.az Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir ki, dünya çempionatının ilk mərhələsində finiş xəttinə hamıdan tez “M-Sport” komandasının üzvü Sebastyen Ojye çatıb. Həlledici final çıxışında fransalı pilot 4 saat 18 dəqiqə 55,5 saniyə nəticə göstərib. Bu nəticə ilə o, ikinci və üçüncü yerlərin sahibi Ott Tyanakı 58.3 saniyə, Yari-Matti Latvalanı isə 1 dəqiqə 52 saniyə geridə qoyub. Bu, S.Ojyenin Monte-Karloda ardıcıl beşinci qələbəsidir və doğma trassda birinci olmaqla fransalı pilot ümumi nəticədə də liderliyi ələ keçirib. Qeyd edək ki, ralli üzrə dünya çempionatının növbəti mərhələsi fevralın 15-dən 18-dək İsveçdə təşkil olunacaq.
Monte-Karlo Rallisi – Final çıxışının nəticələri
1. Sebastyen Ojye |
Ford Fiesta WRC |
4s. 18d. 55.5san. |
2. Ott Tyanak |
Toyota Yaris WRC |
4s. 19d. 53.8 san. |
3. Yari-Matti Latvala |
Toyota Yaris WRC |
4s. 20d. 47.5 san. |
4. Kris Mik |
Citroën C3 WRC |
4s. 23d. 38.6 san. |
5. Tyerri Nevill |
Hyundai i20 Coupe WRC |
4s. 23d. 49.3 san. |
6. Elfin Evans |
Ford Fiesta WRC |
4s. 23d. 50.3 san. |
7. Esapekka Lappi |
Toyota Yaris WRC |
4s. 23d. 53.0 san. |
8. Brian Bouffier |
Ford Fiesta WRC |
4s. 26d. 35.0 san. |
9. Kreyq Brin |
Citroën C3 WRC |
4s. 28d. 02.2 san. |
10. Yan Kopeski |
Škoda Fabia R5 |
4s. 35d. 38.5 san. |
Namiq