500-dən çox “BMW”-nin olduğu festivaldan - FOTOLAR

Sentyabrın 10-da “BMW club Azerbaijan” və “Çıraq Studionun” təşkilatçılığı, “HED Academy”nin dəstəyi ilə Azərbaycanda ilk dəfə “BMW” festivalı keçirilir. Avtosfer.az xəbər verir ki, festivalın açılış mərasimi keçirilib. Tədbirdə çıxı edən BMW Klubun prezidenti Bəxtiyar Əliyev deyib ki, bu tədbir ilk dəfədir ki, Azərbaycanda keçirilir. Festivalda 500-dən çox “BMW” markalı avtomobil iştirak edir. Hər kəsə xoş istirahət arzu edirəm. Daha sonra çıxış edən Çıraq studionun direktoru İsmayıl İsmayılov bildirdi ki, Azərbaycan hələ belə bir tədbirə ev sahibliyi etməmişdi. Tədbirdə yerli qonaqlarla yanaşı xarici qonaqlar da iştirak edir. Bu da tədbirə marağın daha çox olmasına bir işarədir.İnanıram ki, bu festival davamlı xarakter alacaq. Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı festivalın keçirilməsinə görə təşkilatçı qrupa və Bakı Şəhər Baş Polis İdarəsinə öz minnətdarlığını bildirdi. "Biz də öz növbəmizdə tədbirin media hissəsini öz üzərimizə götürmüşük. Festivalın keçirilməsinə görə sizə hər cür informasiya dəstəyi verməyə hazırıq. Bir daha sizi təbrik edirəm və uğurlar arzulayıram".
Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru Vüsal Nağıyev də tədbir iştirakçılarını təbrik etdi. Onlara festivalı təhlükəsizlik şərtlərinə əməl etməklə keçirməyi tövsiyyə etdi.
Daha sonra isə Bakı Olimpiya Stadionuna aid olan qapalı ərazidə drift, drag və digər avto-idman növlərindən ibarət şou proqram göstərildi.
Mirmahmud
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN




























