AAF “V1 Challenge 2016” ilk Azərbaycan çempionatını keçirib - FOTOLAR

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçirilib. Bakı Olimpiya Stadionunda-Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot «Volkicar» idman avtomobillərində yarışıb. Pilotlar hər birində 4 nəfər olmaqla 3 qrupda yarışıb. Hər bir qrupun qalibi finalda birincilik uğrunda mübarizə aparıb. İki saatdan artıq davam edən yarış gərgin anlar və müxtəlif maraqlı şou ilə yadda qalıb. Finalda pilotlar Hamlet Fərəcov 1-ci, Murad Həsənov 2-ci, Rəhim Orucov isə 3-cü yerin sahibi olub. Qaliblərə kubok və pul mükafatları verilib. Çempionatın qalibi Hamlet Fərəcov bildirib ki, peşəkar avtomobil yarışına ilk dəfədir qoşulub. O, avtomobil həvəskarı olan gəncləri bir araya toplayıb, onların bacarıq və qabiliyyətlərini professional səviyyədə realizə etmələrinə şərait yaratdığına görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürünü bildirib. Qaliblər yüksək sürət sevənləri küçədə deyil, trekdə rəqabət aparmağa çağırıb.
Çempionat zamanı tamaşaçılara, həmçinin müxtəlif idman avtomobillərinin şousu təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Avtomobil Federasiyası bu günədək avtomobil idmanının inkişafı, o cümlədən bu idman növünün gənclər arasında yayılması və yerli pilotların hazırlanmasına dəstək verən bir sıra layihələr həyata keçirib.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO
















