"Alfa Romeo" rekordu yeniləyib - VİDEO

Alfa Romeo Stelvio Quadrifoglio «qaynar» krossoveri Nürburqrinqin krossoverlər üçün olan rekordunu yeniləyib. Avtomobil «Şimal ilgəyini» 7 dəqiqə 51,7 saniyəyə qət edib. Yeni rekord, 2015-ci ildə Porsche Cayenne Turbo S modeli tərəfindən qeydə alınan rekorddan yeddi saniyə qabaqlayıb. Rekord yürüşü zamanı krossoverin sükanı arxasında itaylan yarışçısı və Pirelli şirkətinin test pilotu Fabio Françe olub. Fabio həmçinin, keçən il «Şimal ilgəyində» rekord yürüşü edən Alfa Romeo Giulia Quadrifoglio sedanını da idarə edib. Alfa Romeo krossoverinin göstərdiyi zaman, Mercedes-AMG SL 65 Black Series, Jaguar XKR-S və Volvo S60 Polestar kimi modellərinin zamanı ilə müqayisə edilə bilər. Bununla belə, italyan krossoveri BMW M4, Lamborghini Gallardo və Porsche Panamera Turbo S modellərindən yeyin olub. Alfa Romeo Setlvio Quadrifoglio modifikasiyası 505 at qüvvəsi gücü olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki ilə hərəkətə gəlir. Ən “bərkgedən” Alfa Romeo Stelvio Quadrifoglio krossoveri 60 mil/saat (96 km/saat) sürətini 3,9 saniyəyə toplayır və 177 mil/saat (284 km/saat) maksimal sürətə malikdir. Güc aqreqatı ötürmələri 100 millisaniyəyə həyata keçirən səkkiz pilləli aavtomatik sürətlər qutusu ilə birgə çalışır.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












