Arif Rəhimov “Formula 1”-dən Azərbaycanın əldə edəcəyi dividentdən danışdı

“Formula-1” yarışlarının məsrəflərini tamamən ödəyəcək qədər bilet satmaq olmaz. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”ın Beynəlxalq multimediya mətbuat mərkəzində baş tutan “Formula 1” yarışlarını qəbul edən ölkələrin sosial-iqtisadi gəlirləri” adlı Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı “Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bəyan edib
O qeyd edib ki, yarışdan gəlir üç şəkildə əldə edəcək – bu, birbaşa gəlir, dolayı gəlir və əvəzolunmaz təcrübədir. Məsələn, keçən mövsümün nəticələrinə görə, Azərbaycanda turizmdən gələn gəlir səviyyəsi 20 dəfə artıb. Bununla yanaşı, Bəhreyn Beynəlxalq avtodromun əməliyyat direktoru Faez Rəmzi Faez bəyan edib ki, yarışların keçirildiyi 13 il ərzində Bəhreyn 1 milyard dollar gəlir əldə edib. Bu, təxminən ilə 100 min dollardır. Bu müddət ərzində turizmdən gələn gəlir 60% artıb. “Formula 1” Rusiya Qran-prisinin promouteri Sergey Vorobyov ilə birgə imtiyazlı biletlər paketi hazırlanır. Həmçinin yarışları nə vaxtsa izləyən tamaşaçılar üçün bilet alarkən imtiyazlar təqdim ediləcək. “Biz iki yarış üçün məmulat və biletlərin satışı üçün müştərək kampaniyaların keçirilməsini artıq ilk ay deyil ki müzakirə edirik. Paket biletləri alaraq yarışları izləmək mümkündür. Niyə də yox? Yetərincə sadə səslənir, amma hüquqi, müqavilə və kommunikasiya nöqteyi-nəzərindən – bu, o qədər də sadə deyil. Biz sıx əməkdaşlıq edirik və 2018-ci ildə bunun mümkün olacağına ümid edirik”, - Vorobyev qeyd edib.
Əməkdaşlıq mövzusunu davam edərək “Formula 1”-in beynəlxalq məsləhətçisi Riçard Kerqan bəyan edib ki, tərəfdaşlıq bazarın konyunkturasını almağa yardım edir, çünki “Formula 1” də biznesdir. Onu artırmaq və müddətini uzatmaq lazımdır ki, dayanıqlı olsun. Əməkdaşlıq nöqteyi-nəzərindən yarışları qəbul edən ölkənin gəlirlərinin maksimum olması üçün biletlərin satışını artırmaq lazımdır.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











