“Azəravtoyol”un ən yaşlı əməkdaşı 1-ci yerə çıxdı – FOTO

“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə Məsləhətçi vəzifəsində çalışan 74 yaşlı Robert C. Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Beynəlxalq Tratilon Çempionatında ən yaşlı iştirakçı olaraq 1-ci yerə layiq görülüb. Bu barədə Avtosfer.az-a qurumdan məlumat verilib. Bildirilir ki, Robert C.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 km məsafəni velosipedlə qət etməklə və 10 km məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəq 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.
Qeyd edək ki, Robert C. Butler 2009-cu ildə 66 yaşında Avstriyada keçirilən anoloji beynəlxalq yarışda dayanmadan 12 saat ərzində 3.8 km məsafəni üzərək, 180 km məsafəni velosipedlə və 42 km-lik məsafəni qaçaraq qət etməyə müvəffəq olub.
“Azəravtoyol” ASC-nin kollektivi cənab Robert C.Butleri bu qələbə münasibətilə təbrik edir, ona cağlığı və yeni-yeni uğurlar arzu edir!
Fərid
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN















