Azərbaycan nisbətdə ən çox tamaşaçı artımı göstərən ölkədir - Formula-1-də

2017-ci ildə "Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb. Avtosfer.az xəbər verir ki, bu barədə turnirin "F1i" rəsmi saytına yerləşdirilən məlumatda bildirilir. Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb. 60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb. Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər. Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub. Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.
Fərid
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











