Azərbaycan Qran Prisi üçün tribunaların tikintisi İslamiadayadək yekunlaşdırılacaq - FOTO

Bakı Şəhər Halqasının Niyazi küçəsindəki 15-ci döngəsindən 16-cı döngəsinədək olan qəmbər daşlı hissəsində asfalt qatının çəkilməsi ilə bağlı işlərə başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hazırda əraziyə xeyli texnika cəlb olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərə açıqlamasında bildirib ki, ötən il də burada Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) standartlarına uyğun asfalt örtüyü çəkilib. Yarış başa çatdıqdan sonra həmin asfalt qatı qopardılıb və qəmbər daşlı hissədə heç bir zədə qeydə alınmayıb. Onun sözlərinə görə, asfalt qatından öncə qəmbər daşlı hissənin üzərinə qoruyucu qat olaraq çınqıllar tökülür: “İki təbəqədən sonra isə asfalt qatları çəkiləcək. İşlər FİA-nın standartlarına əsasən həyata keçirilir. Bu hissədəki asfaltlama işləri əsasən həftəsonu və növbəti hətfənin ilk günlərində aparılacaq ki, şəhər sakinlərinin hərəkətinə maneçilik törədilməsin”. Görülən işlərin 7 gün davam etməsinin planlaşdırıldığını deyən T.Butçer hava şəraitindən asılı olaraq bu müddətin dəyişə biləcəyini vurğulayıb: “Hava şəraiti arzuolunan səviyyədə keçsə, işləri 5 günə də tamamlaya bilərik. Bu işlərin 7 gündən daha tez baş çatdırılması üçün səy göstəririk”. BŞH rəsmisi bildirib ki, afaltlama işlərini aparan yerli AZVİRT şirkəti ötən il trekin bütün hissəsində asfalt qatının çəkilməsini həyata keçirib. T.Batçer Niyazi küçəsinin qəmbər daşlı hissəsindəki asflat qatının növbəti illərdə də saxlanılması ilə bağlı səlahiyyətin onlara deyil, müvafiq dövlət orqanlarına aid olduğunu vurğulayıb. O, trek ətrafındakı tribunaların tikintisini IV İslam Həmrəyliyi Oyunlarınadək yekunlaşdırmaq istədiklərini də diqqətə çatdırıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN

















