Banner

Bakı “Formula-1”ə belə hazırlaşır - FOTOLAR

Yarışma 20 Fevral 2016 09:59 Oxunub 2390
Bakı “Formula-1”ə belə hazırlaşır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asfaltın üst qatının salınması prosesi yalnız gündüz saatlarında həyata keçiriləcək

Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinə dörd ay qaldığı ərəfədə yarışa hazırlıqla əlaqədar fəaliyyət planının birinci mərhələsi üzrə görülən işlərin böyük hissəsi artıq başa çatıb. Avtosfer.az-ın məlumatına görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Azərtac-a bildiriblər ki, Qran-prinin keçiriləcəyi trasın tikintisinə başlandığı tarixdən bu günədək trek boyunca asfalt örtüyünün qazılması və ilk növbədə yeni asfaltın alt qatının salınması üzrə görüləcək işlərin 86 faizi artıq reallaşıb. Belə ki, tikinti planına əsasən trasın böyük hissəsində 9 santimetr dərinliyində asfalt örtüyü qazılıb. Buna paralel olaraq həmin yerlərə 5 santimetr qalınlığında alt asfalt qatı çəkilib. Asfalt örtüyünün üst hissəsinin salınmasına isə martın sonunda başlanacaq və bu prosesin mayın əvvəlində yekunlaşacağı gözlənilir.

Normal asfalt örtüyündən fərqli olaraq, trekə çəkilən asfaltın xüsusən üst qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına cavab verməlidir. Arzuolunan keyfiyyətə nail olmaq və iş zamanı təhlükəsizliyi tam təmin etmək məqsədilə asfaltın üst qatının salınması prosesi yalnız gündüz saatlarında həyata keçiriləcək.

Əməliyyat şirkəti Avropa Qran-prisinin keçiriləcəyi trekin əhatə etdiyi küçələrdə aparılan tikinti işləri zamanı şəhər əhalisinin rahat hərəkətini təmin etmək üçün davamlı olaraq müvafiq dövlət qurumları ilə birgə tədbirlər görməkdədir. Bununla yanaşı, yarış ərəfəsində Bakıda yol hərəkətinin təşkilinə dair Nəqliyyatın İdarəolunması Planı və yarışı izləməyə gələn tamaşaçılara və əməliyyat şirkətinin tərəfdaşlarına səmərəli nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar olaraq Nəqliyyat Əməliyyat Planı hazırlanıb.

BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-prisi ilə bağlı plana əsasən görülən işlərin ilk mərhələsinin tezliklə başa çatacağını deyib: “Yarışa qalan günlər azaldıqca həyəcan və sevincimiz getdikcə artır. Bu möhtəşəm yarışı ən yüksək səviyyədə keçirmək üçün bütün gücümüzü səfərbər etmişik. Hazırlıqlarla bağlı artıq birinci mərhələnin sonuna çatırıq. Yarışa yaxınlaşdıqca şəhərdə “Formula-1” ab-havası daha aydın müşahidə olunacaq”.

 

Bakı “Formula-1”ə belə hazırlaşır -  Fotolar
Bakı “Formula-1”ə belə hazırlaşır -  Fotolar
Bakı “Formula-1”ə belə hazırlaşır -  Fotolar
Bakı “Formula-1”ə belə hazırlaşır -  Fotolar
Bakı “Formula-1”ə belə hazırlaşır -  Fotolar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh