Bakı Şəhər Halqası: "Azərbaycanı qane etməyən bəzi şərtlər var"

"Hər iki tərəf əməkdaşlığın davam etdirlməsində maraqldır. Sadəcə, "Formula 1"in əvvəlki və hazırkı rəhbərliyinin iş formatlarında fərqlər var. Biz hazırda sabiq rəhbərliklə imzalanan müqaviləyə əsasən əməkdaşlıq edirik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1" yarışlarının 2020-ci ildən sonra Azərbaycanda keçirilməyəcəyinə dair söz-söhbətlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, iki ildən sonra başa çatacaq hazırkı müqavilənin daha 5 il uzadılması ilə bağlı Azərbaycanı qane etməyən bəzi şərtlər var: "Məsələn, sponsorluq və gəlirləri qeyd edərdim. Məqsədimiz daha yaxşı şərtlərlə daha çox qazanc əldə etməkdir. Bu proses təkcə bizimlə bağlı deyil. "Formua 1"in rəhbərliyi dəyişdiyi üçün digər ölkələr də şərtlərə yenidən baxırlar". Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












