"Bakı-Xankəndi" beynəlxalq veloyürüşünə Xankəndidə yekun vuruldu - FOTO - YENİLƏNİB

Yarışma 14 May 2026 15:36
"Bakı-Xankəndi" beynəlxalq veloyürüşünə Xankəndidə yekun vuruldu - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Mayın 14-də "Bakı-Xankəndi" beynəlxalq velosiped yarışı başa çatıb.

Avtosfer.az xəbər verir ki, yarışın son mərhələsindən sonra Xankəndi şəhərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırma mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Yarışın sonuncu - V mərhələsində finiş xəttinə İspaniyanın "Burqos" komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb. O, Tərtərdən Xankəndiyə qədər 181.5 kilometr məsafəni ən qısa vaxtda qət edərək mərhələnin qalibi olub. İlk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələlərdə isə Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa birinci yeri tutublar.

İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti IV etapın qalibi olub.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.

***10:11

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsi start götürüb.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, velosipedçilər bu etapda Tərtərdən start götürməklə Xankəndiyə qədər 181.5 kilometr məsafə qət edəcəklər.

İlk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar.

İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti isə dördüncü etapın qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq

FOTO QALEREYA
Oxunub : 334
ŞƏRH YAZ
Ad

E-mail

Şərh