Bakıda Formula-1 yarışının keçirilmə vaxtı açıqlandı

Bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula-1 Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Avtosfer.az-a verilən məlumata görə, Bakıda keçiriləcək Formula-1 yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Belə ki, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq. Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır. Yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.
Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 20 müxtəlif döngə və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, 340 km/saat maksimal sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. özəlliklərlə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.
Emin
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











