Belə şəraitdə kim birinci keçməlidir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız qarşılıqlı keçmə ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Qarşılıqlı keçmənin çətinləşdiyi belə şəraitdə kim ilk olaraq keçməlidir?
A) Qarşıdan gələn avtomobilin sürücüsü;
B) Qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü;
C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarında razılığa uyğun hərəkət etməlidirlər.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin VII hissəsinə əsasən, qarşılıqlı keçmə çətinləşən hallarda hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Şəkildəki 1.14 nişanı bu normanın 2-ci cümləsinin tətbiq eilməli olduğunu bildirir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Qarşıdan gələn avtomobilin sürücüsü enişlə hərəkət etdiyi üçün yol verməli olduğundan qarşılıqlı keçmənin çətinləşdiyi yeri qəza dayanması etmiş avtomobilin arxasından gələn avtomobilin sürücüsü ilk olaraq keçməlidir. Suala ilk doğru cavabı Abdulla adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













