Bizim yarışın startı əvvələ çəkilə bilər

Nazirlər Kabinetnin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qəbul etdiyi qərardan sonra 3 aydan sonra ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin start vaxtı dəyişdirilə bilər. Avtosfer.az-ın məlumatına görə, F-1.az xatırladır ki, iki ay əvvəl bizim yarışın vaxtı açıqlanmışdı – Fransada həmin gün baş tutacaq Le Man marafonunun finişi ilə üst-üstə düşməsin deyə, bizim yarışın startı axşama doğru sürüşdürülmüşdü və 18:00-a təyin olunmuşdu. İki gün əvvəl Nazirlər Kabinetinin məlum qərarından sonra məlum olub ki, əgər Formula1 yarışı yerli vaxtla saat 18:00-da başlayarsa, onda günəşin batmasına qədər qalan müddət 1 saat azalacaq – bu isə trasın təbii işıqlandırılması üçün problemlərə səbəb ola bilər. Xüsusən də, havanın yağışlı və ya buludlu olması görməni xeyli çətinləşdirə bilər. Yerli vaxtla günəşin batması həmin gün 20:14-ə proqnozlaşdırılıb, ona görə də ən optimal variant yarışın start vaxtını irəli çəkməkdir – Fransada saatlar çəkildiyi üçün Le Man yarışının finişi ilə problem də olmayacaq.
Reqlamentə əsasən, bu cür dəyişikliklər FOM-la razılaşdırılmalı və FİA tərəfindən təsdiq olunmalıdır…
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












