
Bu halda sürücü avtobusa yol verməlidirmi? - YENİ SUAL

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə sürücü dayanacaqdan hərəkətə başladıqdan dərhal sonra ikinci hərəkət zolağına çıxmalı olan avtobusa yol verməlidirmi?
A) Yol verməlidir;
B) Yol verməli deyil.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsorları "ELİNOX" və 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (050 246 96 97) və digər sponsor "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan (Tel; 055 711 00 85) hədiyyə olunacaq.
Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!