Bu motosikleti ötmək olarmı? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu motosikleti ötmək olarmı?
A) Ötməni yolayrıcına qədər tam başa çatdırmaq mümkün olacaqsa, olar;
B) Yolayrıcında kəsişən yollarla gələn nəqliyyat vasitələrinə mane olmamaq şərtilə olar;
C) Yuxarıdakı şərtlərdən asılı olmayaraq olar;
D) Heç bir halda olmaz.
Sualın doğru cavabı belədir: "Yol hərəkəti haqqında" Qanunun 51-cı maddəsinin V hissəsinə əsasən, nizamlanmayan yolayrıclarında baş yolla hərəkət etdikdə ötmə qadağan deyil. Deməli, sualın doğru cavabı “S” variantı olacaq: Yuxarıdakı (əvvəlki iki cavbdakı) şərtlərdən asılı olmayaraq bu motosikleti ötmək olar;
Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.
Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur. "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan veriləcək hədiyyəni əldə etmək üçün isə 055 711 00 85 nömrəsini zəng edin!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













