Bu nişan nəyi bildirir? - DOĞRU CAVAB
Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nişan nəyi bildirir?
a) Döngədən sonra dəmiryol keçidinin olduğunu;
b) Döngədən sonra tramvay xətti ilə kəsişmənin olduğunu;
c) Döngədən sonra tramvay dayanacağının olduğunu.
Sualın doğru cavabı belədir: 1.5 nişanı qabaqda yolun tramvay xətt ilə kəsişmə yerinin olduğu barədə xəbərdar etmək məqsədilə tətbiq olunur. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu nişan döngədən sonra tramvay xətti ilə kəsişmənin olduğunu bildirir. Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!
Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.