Bu nişanlanmanı görən sürücü nə etməlidir? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolların nişanlanması ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nişanlanmanı görən sürücü nə etməlidir?
A) Qabaqda döngə olduğunu nəzərə alaraq sürəti azaltmalı, avtomobilin yana sürüşə bilməsinə hazır olmalıdır;
B) Qabaqda sağdan birləşən yolun olduğunu nəzərə alaraq həmin yolayrıcında sağa dönəcəyi təqdirdə sağ zolağa yerdəyişmə etməlidir;
C) Getdiyi zolağın qabaqda bitəcəyini nəzərə alaraq sağa dönmə siqnalı verməklə tədricən sağ zolağa yerdəyişmə etməyə hazırlaşmalıdır.
Sualın doğru cavabı belədir: Şəkildəki 1.19 nişanlanması ortadakı hərəkət zolağının bu istiqamətdə hərəkətə icazə verilən hissəsinin başa çatdığını və qabaqda yalnız ən sağ zolaqla hərəkəti davam etdirməyin mümkün olacağını bildirir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu nişanlanmanı görən sürücü getdiyi zolağın qabaqda bitəcəyini nəzərə alaraq sağa dönmə siqnalı verməklə tədricən sağ zolağa yerdəyişmə etməyə hazırlaşmalıdır.
Suala ilk və daha ətraflı doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur.
"ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.
188 haqqında;

Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











