Bu nişanlanmanı görən sürücü nə etməlidir? - YENİ SUAL

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolların nişanlanması ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nişanlanmanı görən sürücü nə etməlidir?
A) Qabaqda döngə olduğunu nəzərə alaraq sürəti azaltmalı, avtomobilin yana sürüşə bilməsinə hazır olmalıdır;
B) Qabaqda sağdan birləşən yolun olduğunu nəzərə alaraq həmin yolayrıcında sağa dönəcəyi təqdirdə sağ zolağa yerdəyişmə etməlidir;
C) Getdiyi zolağın qabaqda bitəcəyini nəzərə alaraq sağa dönmə siqnalı verməklə tədricən sağ zolağa yerdəyişmə etməyə hazırlaşmalıdır.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (055 335 15 59) və "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan (Tel; 055 711 00 85) hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












