Banner

Bu nişanlar nəyi bildirir - YENİ SUAL

Yarışma 24 May 2016 20:43 Oxunub 3886
Bu nişanlar nəyi bildirir - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nişanlarla bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) Nişanlar qoyulan yerdən 500 metr sonra birincisi sola, ikincisi sağa istiqamətlənən olmaqla 2 sərt döngə var;

B) Nişanlar qoyulan yerdən 150-300 metr sonra birlikdə uzunluqları 500 metr olmaqla, birincisi sola, ikincisi sağa istiqamətlənən 2 sərt döngə var;

C) Nişanlar qoyulan yerdən 150-300 metr sonra 500 metrlik məsafədə birincisi sola olmaqla ardıcıl gələn 3 və daha çox sərt döngə var.

QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız.

Sualın sponsoru 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (055 335 15 59) və "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan (Tel; 055 711 00 85) hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Hasan Sultanov 24 May 2016 20:49
C Nişanlar qoyulan yerdən 150-300 metr sonra 500 metrlik məsafədə birincisi sola olmaqla ardıcıl gələn 3 və daha çox sərt döngə var. Ardıcıl gələn təhlükəli döngələrin sayı 3 və daha çox olduqda 1.12.1, 1.12.2 nişanları 7.2.1 «Qüvvədə olma sahəsi» nişanı ilə birgə tətbiq olunmalıdır.