Banner

Bu nişanlar nəyi ifadə edir? - DOĞRU CAVAB

Yarışma 2 İyun 2016 16:52 Oxunub 2551
Bu nişanlar nəyi ifadə edir? - DOĞRU CAVAB
Wh|
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. 

Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nişanlarla bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) Nişanlar qoyulan yerdən 500 metr sonra birincisi sola, ikincisi sağa istiqamətlənən olmaqla 2 sərt döngə var;

B) Nişanlar qoyulan yerdən 150-300 metr sonra birlikdə uzunluqları 500 metr olmaqla, birincisi sola, ikincisi sağa istiqamətlənən 2 sərt döngə var;

C) Nişanlar qoyulan yerdən 150-300 metr sonra 500 metrlik məsafədə birincisi sola olmaqla ardıcıl gələn 3 və daha çox sərt döngə var.

Sualın doğru cavabı belədir: Şəkildə 1.12.2 “Təhlükəli döngələr” nişanı birincisi sola olmaqla ardıcıl gələn sərt döngələrin olduğunu bildirir. Bu nişan 7.2.1 “Qüvvədə olma sahəsi” lövhəciyi ilə birgə tətbiq olunduqda ardıcıl gələn 3 və daha çox sərt döngənin ümumi uzunluğunun həmin lövhəcikdəki qədər olduğunu ifadə edir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Nişanlar qoyulan yerdən 150-300 metr sonra 500 metrlik məsafədə birincisi sola olmaqla ardıcıl gələn 3 və daha çox sərt döngə var.

Suala doğru cavabı Hasan Sultanov adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur.

"ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.

 

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh