![Maşını ikinci cərgəyə atıb gedən sürücü yolu kəsdi - VİDEO](/upload/news/small/893613.jpg)
Bu sürücü yol hərəkəti qaydalarını pozurmu? - YENİ SUAL
![Bu sürücü yol hərəkəti qaydalarını pozurmu? - YENİ SUAL](/upload/news/8a728d.jpg)
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitəsinin parklanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozurmu?
A) Pozmur;
B) Avtomobilin icazə verilən maksimum kütləsi 3,5 tondan artıqdırsa, pozur;
C) Hər bir halda pozur.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.
Sualın sponsoru 188 evakuasiya və yükdaşıma xidmətidir. Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə 188 evakuasiya və yükdaşıma xidmətindən (050 252 77 07) hədiyyələr olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).
Öyrənək, öyrədək!
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.