Banner

Bu trayektoriya üzrə hərəkət etmək olarmı? - DOĞRU CAVAB

Yarışma 2 Mart 2016 17:56 Oxunub 2580
Bu trayektoriya üzrə hərəkət etmək olarmı? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız ötmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu trayektoriya üzrə hərəkət etmək olarmı? 

A) Qabaqdakı yük avtomobili asta gedirsə və ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün zolaqda hərəkət edən avtobusa mane yaranmayacaqsa, olar;

B) Yolun sağında sərnişin mindirmək və ya düşürmək üçün dayanmaq lazımdırsa və ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün zolaqda hərəkət edən avtobusa mane yaranmayacaqsa, olar;

C) Heç bir halda olmaz.

D) Hər bir halda olar.

Sualın cavabı: “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin IV hissəsinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneəyaratmamalıdır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yolun sağında sərnişin mindirmək və ya düşürmək üçün dayanmaq lazımdırsa və ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün zolaqda hərəkət edən avtobusa mane yaranmayacaqsa, bu trayektoriya üzrə hərəkət etmək olar. 

Suala ilk və daha dolğun cavabı Abdulla adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh