Bu vəziyyətdə kim hərəkət üstünlüyünə malikdir? - YENİ SUAL
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə kim hərəkət üstünlüyünə malikdir?
A) Yük avtomobilinin sürücüsü;
B) Minik avtomobilinin sürücüsü;
C) Belə vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər qarşılıqlı razılaşma üzrə hərəkət etməlidirlər.
QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada yazasınız. Facebookdan yazılan cavablar artıq qeydə alınmadığı üçün oxuculardan üzr istəyirik. Facebook komentlərinin ləğv edilməsinin səbəbi bəzi ədəbsiz insanların iyrənc əməlləridir.
Suala ilk və doğru cavab verib qalib gəlmiş şəxsə hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabı hədiyyə olunacaq. Amma cavabın təsadüfi olmadığına əmin olmaq üçün cavab izahlı olmalıdır (bir cümlə ilə də olsa olar).
Öyrənək, öyrədək!