Bu vəziyyətdə kim yol verməlidir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə kim yol verməlidir?
A) Sola dönən sarı avtomobilin sürücüsü;
B) Düzünə gedən qırmızı avtomobilin sürücüsü;
C) Belə vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarında razılığa uyğun hərəkət etməlidirlər.
Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» Qanunun 76-cı maddəsinin II hissəsinə əsasən, svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu vəziyyətdə düzünə gedən qırmızı avtomobilin sürücüsü yol verməlidir, çünki o, qırmızı işıqla eyni vaxtda yanan əlavə yaşıl işıq bölməsinin göstərişinə uyğun hərəkət edir. Suala ilk doğru cavabı Rauf adlı oxucumuz verib. Onu təbrik edirik.
Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur. "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqları sərgi salonundan veriləcək hədiyyəni əldə etmək üçün isə 055 711 00 85 nömrəsini zəng edin!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












