Banner

Bu vəziyyətdə sürücü dönmə siqnalı verməlidirmi? - DOĞRU CAVAB

Yarışma 28 Mart 2017 01:54 Oxunub 5285
Bu vəziyyətdə sürücü dönmə siqnalı verməlidirmi? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə zamanı işıq siqnallarının verilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Baş yolla hərəkətini davam etdirmək niyyətində olan sürücü dönmə siqnalı verməlidirmi?

a)  Dönmə siqnalı verməsi məcburi deyil;

b) Dönmə siqnalı verməsi məcburidir;

c) Başqa nəqliyyat vasitələri yoxdursa, dönmə siqnalı verməyə bilər.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin I hissəsinə əsasən,  sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda vəya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu tələb  başqa nəqliyyat vasitələrinin olub-olmaması ilə bağlı deyil Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Baş yolla hərəkətini davam etdirmək niyyətində olan sürücünün dönmə siqnalı verməsi məcburidir.

Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh