Bu vəziyyətdə sürücü nə etməlidir? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yolayrıcının o biri tərəfində tıxac yarandığını görüb düzünə hərəkət etməli olan sürücü yaşıl işıq yandıqdan sonra nə etməlidir?
A) Hərəkətə başlayaraq qarşıdakı avtomobillərə çatanadək hərəkət etməlidir;
B) Svetoforun qarşısında dayanmaqda davam edərək yolayrıcını tərk edə biləcəyi məsafənin boşalmasını gözləməlidir;
C) Yaşıl işıqdan dərhal sonra sola, geriyə və ya sağa dönməklə hərəkətini davam etdirməlidir.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin II hissəsinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yolayrıcının o biri tərəfində tıxac yarandığını görən düzünə hərət etməli olan sürücü yaşıl işıq yandıqdan sonra svetoforun qarşısında dayanmaqda davam edərək yolayrıcını tərk edə biləcəyi məsafənin boşalmasını gözləməlidir.
Suala ilk doğru cavabı Turqay adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur.
"ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.
Sualın daha bir sponsoru *3636 Ayıq sürücü xidmətidir. 24 saat xidmətinizdə olan *3636 təhlükəsiz sürücüləri və sığortalı işi ilə xidmətinizdədir. *3636-dan hədiyyəni əldə etmək üçün 055 332 67 67 nömrəsinə zəng etmək xahiş olunur.

188 haqqında;

Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO













