Bu yol sahəsində traktoru ötmək olarmı? - YENİ SUAL
Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları və nişanlanma xətləri ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu yol sahəsində traktoru ötmək olarmı?
a) Olmaz, çünki yoldakı nişanlanma xətti yalnız sola və ya gedriyə dönməyə icazə verir;
b) Əgər traktor 30 km/saat-dan asta sürətlə gedirsə, olar;
c) Traktorun sürətindən asılı olmayaraq olar.
QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).
Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)