Bu yolayrıcında sola dönmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 12 İyul 2016 15:23 Oxunub 4466
Bu yolayrıcında sola dönmək istəyən sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kana|
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında sola dönmək istəyən sürücü nə etməlidir?

A) Sağdan yaxınlaşan yük avtomobilinə yol verdikdən sonra dönməlidir;

B) Qarşıdan düzünə hərəkət edən minik avtomobilinə və sağdan yaxınlaşan yük avtomobilinə yol verdikdən sonra dönməlidir;

C) Qarşıdan düzünə hərəkət edən minik avtomobilinə yol verdikdən sonra dönməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin I hissəsində deyilir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Bu maddənin IV hissəsinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu yolayrıcında sola dönmək istəyən sürücü qarşıdan düzünə hərəkət edən minik avtomobilinə yol verdikdən sonra dönməlidir. Suala ilk doğru cavabı Oktay adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru *3636 Ayıq sürücü xidmətidir. 24 saat xidmətinizdə olan *3636 təhlükəsiz sürücüləri və sığortalı işi ilə xidmətinizdədir. *3636-dan hədiyyəni əldə etmək üçün 055 332 67 67 nömrəsinə zəng etmək xahiş olunur.

 

 http://avtosfer.az/upload/news/a74bf0.jpg

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh