
Bunu sürmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız sürücülük hüququ ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yedəkçi minik avtomobilinin yüksüz kütləsi 1700 kq, qoşqunun kütləsi isə 1100 kq olarsa, bu nəqliyyat tərkibini idarə etmək üçün hansı kateqoriya sürücülük vəsiqəsi lazımdır?
A) Mütləq B və BE birlikdə olmalıdır;
B) Yalnız B yetərlidir;
C) Birlikdə B və E.
Sualın doğru cavabı belədir:
“Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin IV hissəsinin 3-cü bəndinə əsasən, B kateqoriyalı sürücülük vəsiqəsi qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək hüququ verir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu nəqliyyat tərkibini idarə etmək üçün yalnız B kateqoriyalı sürücülük vəsiqəsi yetərlidir.
Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.
Sualın daha bir sponsoru *3636 Ayıq sürücü xidmətidir. 24 saat xidmətinizdə olan *3636 təhlükəsiz sürücüləri və sığortalı işi ilə xidmətinizdədir. *3636-dan hədiyyəni əldə etmək üçün 055 332 67 67 nömrəsinə zəng etmək xahiş olunur.
188 haqqında;
Biz nə bacarırıq?
- İri əşyaların yığılması və sökülməsi
- Yükün nəqliyyat qablaşdırması
- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə
- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri
- Yükün avtomobildə bərkidilməsi
- Mebelin yerləşdirilməsi
- Nəqliyyat texnikasının idarə olunması
- Daşınan bütün yüklər sığortalanır
188-ə zəng etmək kifayətdir.
Öyrənək, öyrədək!